Zelenski: Ukraynaya silahlar, yeni müdafiə imkanları baxımından güclü dəstək hazırlanır

Müstəqillik Günü ərəfəsində beynəlxalq tərəfdaşlar tərəfindən Ukraynaya silahlar, yeni müdafiə imkanları baxımından güclü dəstək hazırlanır.

 

Azinformasiya.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski axşam videomüraciətində bildirib.

“Biz hər şeyi edirik ki, Müstəqillik Günü ərəfəsində Ukraynanın dünyanın ən güclü dövlətləri sırasına daha bir addım atdığını demək mümkün olsun. Komandamız indi xüsusilə intensiv işləyir”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

O, Ukrayna üçün yeniliklərin olacağını qeyd edib.

“Gələn həftə Ukrayna üçün vacib hadisələr olacaq”, – deyə Ukrayna dövlət başçısı diqqətə çatdırıb.

Qeyd edək ki, Ukraynanın Müstəqillik Günü avqustun 24-də qeyd olunur.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir