Avstraliya, ABŞ və Yaponiya bu ay Cənubi Çin dənizində hərbi təlimlər keçirəcək

Avstraliya, ABŞ və Yaponiya bu ay Cənubi Çin dənizində hərbi təlimlər keçirəcək.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo News” agentliyi məlumat yayıb.

Agentliyin sözlərinə əsasən, 23 avqustda keçiriləcək birgə hərbi təlimlərin məqsədi Çin gəmilərini müşahidə etmək olacaq.

Təlimlərdə iştirak etmək üçün üç ölkə Filippinə hərbi gəmilər göndərəcək.

Eyni zamanda qeyd olunub ki, Avstraliya, Hindistan, ABŞ və Yaponiya Silahlı Qüvvələrinin birgə iştirak etdiyi “Malabar” təlimləri 21 avqustda yekunlaşdıqdan sonra Cənubi Çin dənizində təlimlər başlayacaq.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir