Şri-Lanka nüvə sınaqlarının hərtərəfli qadağası haqqında müqaviləni ratifikasiya edib

Şri-Lanka Nüvə sınaqlarının hərtərəfli qadağası haqqında Müqaviləni ratifikasiya edərək bu sənədin tamhüquqlu iştirakçısına çevrilib.

 

Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, bu barədə ada dövlətinin Xarici İşlər Nazirliyinin press-relizində bildirilib.

“Şri-Lanka nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında müqavilənin ratifikasiya sənədini 25 iyul 2023-cü il tarixində BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında BMT-nin Hüquq Məsələləri İdarəsinə təqdim edərək nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında müqaviləni ratifikasiya edən 178-ci dövlət oldu. Ratifikasiya sənədinin saxlanca verilməsi Şri-Lankanın statusunu müqaviləni imzalayan dövlətdən tamhüquqlu üzv statusuna yüksəldir”, – nazirlik tərəfindən qeyd olunub.

Şri-Lanka hökuməti nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında müqavilənin ratifikasiyası təklifini iyunun başlanğıcında təsdiqləyib. Xarici işlər naziri Əli Səbri o zaman bildirmişdi ki, bu müqavilənin təşkili dünyanı nüvə təhlükələrindən qorumaqda həlledici rol oynayır. Səbrinin sözlərinə əsasən, Şri-Lanka nüvə silahının yayılmaması və tərksilahın güclü tərəfdarıdır və münaqişə və zorakılıqdan uzaq qlobal nizamın tərəfdarıdır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir