Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli arasında telefon danışığı baş tutub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının “Telegram” kanalı məlumat yayıb.
Zalujnı Milliyə cəbhədəki vəziyyət barədə məlumat verib.
Tərəflər Ukraynaya hərbi yardımın, xüsusilə də texnika və sursatların tədarükü barədə də danışıblar.
O, güclü dəstək və dialoqa görə general Milləyə və bütün ABŞ xalqına minnətdarlığını bildirib.
Azinformasiya.az