Putin G20 sammiti üçün Hindistana gedib-getməyəcəyi ilə bağlı hələ qərar verməyib

Rusiya Prezidenti Vladimir Putinin sentyabrda keçiriləcək G20 sammiti üçün Hindistanın Yeni Dehli şəhərinə səfəri istisna edilmir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü hələlik bir həll yolu olmadığını qeyd edib.

Peskov başqa təfərrüatlar barədə açıqlama verməyib.

Bundan öncə Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Baqçi həftəlik brifinqdə Hindistanın Vladimir Putinin G20 sammitində şəxsən iştirak edəcəyinə ümid etdiyini bildirib. Baqçi vurğulayıb ki, Hindistan bütün G20 üzvlərinə dəvət göndərib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir