Kreml Kiyevi taxıl dəhlizindən hərbi məqsədlər üçün istifadədə ittiham edib

Ukrayna “Taxıl sazişi” çərçivəsində təşkil edilən dəhlizlərdən hərbi məqsədlər üçün istifadə edib.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

Kiyev iyulun 17-də Krım körpüsünə hücum etmək üçün bu dəhlizlərdən istifadə edibmi sualını cavablandıran Kreml sözçüsü bu barədə konkret heç nə deməyəcəyini diqqətə çatdırıb: “Lakin bilirsiniz ki, bizim hərbçilər dəfələrlə Ukraynanın taxıl dəhlizlərindən hərbi məqsədlər üçün istifadə etdiyini açıqlayıblar”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir