Moskvada Lenin mavzoleyini yandırmağa cəhd edilib

Dünən axşam 1 nəfər Moskvada Lenin mavzoleyini yandırmağa cəhd edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiyanın “Telegram” kanalları məlumat yayıb.

37 yaşlı Konstantin adlı şəxsin saat 22:00 radələrində Mavzoleyə yaxınlaşaraq ona “Molotov kokteyli” atdığı bildirilib.

Yanğın törətmək istəyən şəxs saxlanılıb və barəsində “Daxili işlər orqanı əməkdaşının qanuni əmrinə tabe olmama” maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib. İndi o, polis bölməsindədir, onun hərəkətinin motivləri araşdırılır.

Qeyd olunub ki, mavzoleyə ziyan dəyməyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir