ABŞ Ukraynaya 500 milyon dollardan artıq humanitar yardım ayırdığını açıqlayıb.
Azinformasiya.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə USAID-in administratoru Samanta Pauer bildirib.
S.Pauer ukraynalıların təcili ehtiyaclarını ödəmək məqsədilə əlavə humanitar yardım ayrıldığını vurğulayıb.
Azinformasiya.az