Ərdoğan: Taxıl Sazişinin uzadılması barədə Putinlə ətraflı müzakirələr aparacağıq

“Qara dəniz Taxıl Təşəbbüsü” tarixə uğurlu nümunə kimi düşüb. Biz bu təşəbbüsün davam etməsi üçün əlimizdən gələni etməyə hazırıq”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyə Ərəbistanı və digər Körfəz ölkələrinə rəsmi səfərindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Türkiyə liderinin sözlərinə görə, bu təşəbbüs sayəsində dünya bazarına 33 milyon tondan artıq taxıl çıxarılıb ki, bunun nəticəsində yoxsul ölkələrdə ərzaq böhranın qarşısı alınıb:

“Lakin mən inanıram ki Rusiya Prezidenti Vladimir Putin bu humanitar körpünün davam etməsini istəyir. Bizim xarici işlər nazirimiz rusiyalı həmkarı ilə bu məsələ ətrafında danışacaq. Mən də Körfəz ölkələrinə səfərimdən qayıtdıqdan sonra bu məsələ ətrafında Rusiya Prezidenti Putinlə müzakirələr aparacağam. Biz cənab Putinlə avqust ayında görüşəcəyik və bu xüsusda ətraflı müzakirələr aparacağıq”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir