Rusiya Krım körpüsünə suüstü PUA ilə hücum edildiyini açıqlayıb

Krım körpüsündə terror aktı həyata keçirilib, körpünün avtomobil yolu hissəsi zədələnib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsinin (MAK) məlumatında bildirilib.

Krım körpüsünə hücumun saat 03.05-də Ukraynanın iki pilotsuz suüstü aparatı tərəfindən həyata keçirildiyi və nəticədə iki nəfərin öldüyü, bir azyaşlının yaralandığı qeyd olunub.

“Krım körpüsündə baş verənlərlə bağlı “terror aktı” maddəsi ilə iş başlanıb”, deyə MAK-ın məlumatında bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir