Gəncədə inzibati binada yanğın baş verib.
Azinformasiya.az xəbər verir ki, ləğv edilmiş Nizami Rayon İcra Hakimiyyətinin (RİH) binasının 4-cü mərtəbəsində olan otaqlardan birində elektrik şitində yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Yanğın tez bir zamanda söndürülüb.
İlkin məlumatlara əsasən, hadisə qısaqapanma səbəbindən olub.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az