Məhbusların azad edilməsi ilə bağlı İranla dolayı əlaqəmiz olub, ancaq təəssüf ki, razılıq əldə edə bilməmişik.
Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.
“Biz İranda haqsız yerə həbsdə olan dörd ABŞ vətəndaşının azad edilməsi üçün çox çalışmışıq. Onların azad olunması ilə bağlı razılığa gəlmək üçün İranla dolayı əlaqəmiz olub. Təəssüflər olsun ki, hələ də razılıq əldə edə bilməmişik. Biz bunun üzərində işləməyə davam edirik. Ümid edirəm ki, bunu həyata keçirəcəyik”, – o vurğulayıb.
Ağ Ev rəsmisi İranın nüvə proqramı ilə bağlı heç bir razılaşmaya yaxın olmadıqlarını qeyd edib: “İranın nüvə proqramı ilə biz heç bir razılaşmaya yaxın deyilik”.
Ceyk Sallivan ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mallinin Bayden administrasiyasına qayıdıb-qayıtmayacağı ilə bağlı suala da cavab verib: “Mövcud şərtlərlə danışa bilmərəm. O, bir çoxumuzun, həmçinin mənim də dərin hörmət bəslədiyimiz biridir”.
Azinformasiya.az