İlin əvvəlindən Qərb tərəfdaşları dövlət büdcəsinin kəsirini ödəmək üçün Ukraynaya 23 milyard dollardan çox vəsait ayırıblar.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.
Baş nazirin sözlərinə əsasən, ilin başlanğıcından keçən 6 ay ərzində xərclər büdcə daxilolmalarını təxminən 13 milyard dollar üstələyib.
“İlin əvvəlindən büdcə kəsirinin maliyyələşdirilməsi üçün bizə 23 milyard dollardan çox vəsait ayıran beynəlxalq tərəfdaşlarımıza minnətdarıq”, – o, “Facebook” dakı səhifəsində yazıb.
Baş nazir ilin əvvəlindən keçən 6 ayda xərclərin büdcə gəlirlərini təxminən 13 milyard dollar üstələdiyini bildirib. Onun sözlərinə görə, xərclərdə ilk olaraq hərbi sektor qalır, siyahıda ikinci olaraq isə sosial proqramlar yer tutub.
Azinformasiya.az