Koreya Respublikasında güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 35 nəfər ölüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Təhlükəsizlik Tədbirləri və Fəlakətlərə Qarşı Mübarizə üzrə Mərkəzi Qərargahın məlumatına əsasən, 33 nəfər həyatını itirib: 17 nəfər Könsan-Pukto əyalətində, 11 nəfər Çxunçxon-Puktoda, 4 nəfər Çxunçxon-Namdoda və 1 nəfər Secon şəhərində. On nəfər itkin düşmüş hesab olunur. Onlardan doqquzu Könsan-Puktodandır. 22 nəfər xəsarət alıb.
Bundan başqa, agentliyin məlumatına görə, daha iki ölüm faktı da mövcuddur. Belə ki, Çxunçxon-Pukto əyalətində yeraltı tuneldə başqa bir cəsəd tapılıb, Könsan-Puktoda daha bir ölüm hadisəsi qeydə alınıb.
Azinformasiya.az