Tel HaShomer Sheba xəstəxanasının kardioloqları İsrailin Baş naziri Binyamin Netanyahunun ürəyinə ürək aritmiyalarını izləmək üçün cihaz yerləşdiriblər.
Azinformasiya.az xəbər verir ki, bu barədə bazar günü Yedioth Ahronoth qəzeti Şeba Mərkəzinin kardioloqu, professor Yehuda Adlerə istinadən məlumat yayıb.
Onun sözlərinə əsasən, implantasiyanın köməyi ilə həkimlər baş nazirdə ciddi ürək ritm pozğunluqlarının qarşısını almaqla yanaşı, onun səhhətinin pisləşməsinin səbəbini öyrənməyi planlaşdırır. Nəşrə müsahibəsində Adler, həmçinin qeyd edib ki, şəxsi həkimi Netanyahunun Şeba mərkəzində xəstəxanaya yerləşdirilməsini tövsiyə edib. Kardioloq İsrailin hökumət başçısına iş yükünü azaltmağı şiddətlə tövsiyə edəcəyini bildirib.
Azinformasiya.az