“Vaqner” 2 mindən artıq hərbi texnika və silahı Rusiya MN-ə təhvil verib

Rusiya Silahlı Qüvvələri plana uyğun olaraq “Vaqner” qrupundan silah və hərbi texnikanın qəbulunu yekunlaşdırır.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin “Vaqner” Özəl Şirkətinin silah və texnikası haqqında yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, 2 mindən artıq texnika və silah, habelə yüzlərlə tank, “Qrad” reaktiv yaylım atəşi qurğusu, “Uraqan”, “Pantsir” hava hücumundan müdafiə sistemi, özüyeriyən artilleriya qurğuları, zirehli personal daşıyıcıları və s. “Vaqner” tərəfindən MN-ə təhvil verilib.

“Bundan başqa, iki yarım min tondan çox müxtəlif döyüş sursatları və 20 minə yaxın atıcı silah da təhvil alınıb. Bütün texnika və silahlar Rusiya Federasiyası Silahlı Qüvvələrinin təmir-bərpa bölmələrinin texniki qulluq və istifadəyə hazırlığını həyata keçirdikləri arxa cəbhə rayonlarına çatdırılır”, deyə məlumatda əks olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir