NATO-nun Vilnüsdəki sammitinin nəticələri Ukrayna üçün uğurludur, vacibdir və mənalıdır.
Azinformasiya.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski G7 liderləri ilə birgə Vilnüsdə keçirdiyi brifinqdə söyləyib.
“Mən NATO ölkələrinin liderlərinə praktiki yardıma və indiyə kimi qeydə alınmış dəstəyə görə çox minnətdaram. Bu gün Ukraynanın NATO-ya gedən yolunda təhlükəsizlik zəmanəti paketi barədə razılaşma oldu. Bu gün biz G7 ölkələri ilə təhlükəsizlik zəmanəti ilə bağlı çərçivə formalaşdırırıq. Bu çərçivə vacib tərəfdaşlarla razılaşmalar və müqavilələrlə daha da genişləndiriləcək. Nümayəndə heyətimiz evə Ukrayna üçün, xalqımız üçün vacib olan təhlükəsizlik qələbəsi ilə geri dönür”, – Zelenski diqqətə çatdırıb.
Azinformasiya.az