Bayden: Biz lazım olduğu müddətcə Ukraynanın yanında olacağıq

Bu sənəd vasitəsilə G7 ölkələri bəyan edir ki, bizim Ukraynaya dəstəyimiz gələcəkdə də davam edəcək.

 

Azinformasiya.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Vilnüsdə NATO ölkələri və Ukrayna Prezidentinin görüşündən sonra G7 liderlərinin brifinqində söyləyib.

“Biz Ukraynaya havada, dənizdə və quruda güclü müdafiə yaratmağa dəstək verəcəyik. Mən G7 liderlərinə və Ukrayna Prezidentinə təşəkkür edirəm. Hesab edirəm ki, bu, özünü müdafiə edən Ukraynaya sədaqətimizi ifadə edən güclü bəyanatdır. Biz lazım olduğu müddətcə Ukraynanın yanında olacağıq”, – Bayden vurğulayıb.

Qeyd edək ki, G7 ölkələri Ukraynaya ayrıca təhlükəsizlik zəmanətinin təmin edilməsi ilə bağlı sənədi təsdiqləyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir