NATO-nun Vilnüs sammitində Çinin artan təhdidləri müzakirə edilib.
Azinformasiya.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq sammitin birinci gününün sonunda keçirdiyi mətbuat konfransında söləyib. O, Çinin NATO-nun düşməni olmadığını, ancaq Pekinin qaydalara əsaslanan beynəlxalq nizama meydan oxuduğunu vurğulayıb.
“Çin bizim düşmənimiz deyil və biz birgə iştirakı davam etdirməliyik. Amma Pekinin artan iddialılığı bizim təhlükəsizliyimizə təsir edir. Çin qaydalara əsaslanan beynəlxalq nizama meydan oxumasını artırır, Rusiyanın Ukraynaya qarşı müharibəsini qınamaqdan imtina edir, Tayvanı təhdid edir və böyük hərbi birləşmələr yaradır. Çinin nüvə modernizasiyasının sürət və miqyas baxımından misli görünməmişdir və qeyri-şəffaf həyata keçirilir. Müttəfiqlər Çinin təhdidkar davranışlarindən qorunmaq üçün birgə işləməyə razılaşıblar”, – Stoltenberq diqqətə çatdırıb.
Azinformasiya.az