Stoltenberq Ukraynaya NATO-ya üzvlüyə dəvət üçün şərti açıqlayıb

NATO müttəfiqləri Ukraynanı Alyansa daha da yaxınlaşdıracaq üç elementdən ibarət paketi təsdiqləyib.

 

Azinformasiya.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Vilnüsdə keçirlən NATO Sammitnin ilk günündən sonra mətbuat konfransında söyləyib.

“Birinci element Ukrayna üçün çoxillik yardım proqramıdır ki, bu, Ukrayna silahlı qüvvələrinin Sovet dövründən NATO standartlarına uyğunlaşmasını sürətləndirəcək, Ukraynanın təhlükəsizlik və müdafiə sektorunu inkişafına dəstək verəcək və eləcə də Ukraynanın ehtiyaclarına cavab verəcək, məsələn minatəmizləmə üçün təhcizat, tibbi dəstək verilməsini təmin edəcək.

İkinci element yeni Ukrayna-NATO Şurasının təsis edilməsidir.

Üçüncü element isə ondan ibarətdir ki, biz bir daha bəyan etdik ki, Ukrayna NATO-nun üzvü olacaq. Və razılığa gəldik ki, Üzvlüyə dair Fəaliyyət Planını aradan qaldıraq. Bu Ukraynanın üzvlük yolunu ikimərhələli prosesdən birmərhələli prosesə dəyişəcək. Bundan əlavə, biz razılığa gəldik ki, müttəfiqlər razılaşdıqda və şərtlər yerinə yetirildikdə, Ukraynaya alyansa qoşulmaq üçün dəvət göndərmək iqtidarında olacağıq”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir