Avropalıların heç biri Türkiyəni Avropada görmək istəmir.
Azinformasiya.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə əsasən, Türkiyə Avropa İttifaqı xəyallarına qapılmamalıdır: “Ankara çəhrayı eynək taxmamalıdır, avropalıların heç biri Türkiyəni Avropada görmək istəmir”, deyə Kremlin sözçüsü qeyd edib.
Peskov Moskvanın fikir ayrılıqlarına rəğmən Ankara ilə münasibətlərin inkişafında maraqlı olduğunu deyib:
“Rusiya Federasiyası Türkiyənin NATO öhdəliklərinə sadiqliyini yaxşı başa düşür, ancaq mövcud fikir ayrılıqlarına baxmayaraq Rusiya, Türkiyə ilə münasibətləri hər iki ölkə üçün sərfəli olduğu yerdə inkişaf etdirmək niyyətindədir”.
Azinformasiya.az