Fransanın Ukraynanı uzaqmənzilli raketlərlə təmin etmək qərarı yanlışdır.
Azinformasiya.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O, Rusiyanın belə hərəkətlərə cavab verəcəyini deyib.
Kiyevə yeni silah tədarükünün xüsusi əməliyyatın gedişatını əsaslı şəkildə dəyişməyəcəyini bildirən Kreml sözçüsü bunun yalnız Ukraynanın taleyini ağırlaşdıracağını vurğulayıb.
Azinformasiya.az