“İsveçin Avropa İttifaqı və Tükiyə arasında yaxın münasibətləri dəstəkləməsi mövqeyi hamıya yaxşı məlumdur”.
Azinformasiya.az xəbər verir ki, bunu İsveç Baş naziri Ulf Kristersson NATO-nun Vilnüs sammitindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
“Biz indi daha yaxın iqtisadi əlaqələri, Gömrük İttifaqının modernləşdirilməsini, Türkiyə üçün daha yaxşı viza qaydalarının tətbiq olunmasını təşviq edirik. Hesab edirəm ki, Türkiyə ilə daha yaxın əlaqələr üçün əlverişli şərait mövcuddur”, – Kristersson diqqətə çatdırıb.
Baş nazir Ulf Kristersson Macarıstanın İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi ilə bağlı suala da cavab verib.
“Mən bu yaxınlarda Macarıstan baş naziri ilə əlaqə saxlamışam. Onun bəyanatı məndə əminlik yaratdı”, – deyə Kristersson vurğulayıb.
Azinformasiya.az