Macarıstan da İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyə dəstək verir

Macarıstan Prezidenti Katalin Novak Baş nazir Viktor Orbana İsveçin NATO-ya üzvlüyü prosesinə dəstək verməsi ilə bağlı çağırış edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Prezident Novak “Twitter” hesabında yazıb.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzvlük ərizəsinin təsdiq olunmaq üçün parlamentə göndərilməsi ilə bağlı qərarını alqışlayıram. NATO Sammiti ərəfəsində Baş nazir Viktor Orbandan Macarıstan Parlamentinin də müdafiə Alyansının genişlənməsinə ən qısa zamanda töhfə verməsi üçün mümkün olan hər şeyi etməyi xahiş etdim”, – Macarıstan lideri vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir