NATO Baş katibi Türkiyə ilə ABŞ arasında F-16-larla bağlı dialoqu alqışlayır

Mən Türkiyə və ABŞ arasında F-16-larla bağlı istənilən dialoqu alqışlayıram.

 

Azinformasiya.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Vilnüsdə NATO İctimai Forumunda çıxışında söyləyib.

O qeyd edib ki, F-16-la bağlı qərarın verilməsi ABŞ hökumətinin üzərinə düşür.

Stoltenberq diqqətə çatdırıb ki, NATO hər zaman müttəfiqlər arasında hərbi təchizatlarla bağlı məhdudiyyətlərin aradan qaldırılmasını dəstəkləyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir