Kreml Azərbaycan rəhbərliyinin idmanın siyasiləşdirilməməsi ilə bağlı mövqeyini yüksək qiymətləndirir

Moskva idmanın siyasiləşdirilməsinin yolverilməz olduğunu dəfələrlə bəyan edib və Azərbaycan rəhbərliyinin bənzər mövqeyini yüksək qiymətləndirir.

 

Azinformasiya.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz Azərbaycan rəhbərliyinin mövqeyini yüksək qiymətləndiririk, bunu paylaşırıq. Biz idmanın siyasiləşdirilməsinin yolverilməz olduğunu dəfələrlə bəyan etmişik”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Qoşulmama hərəkatının Bakıda keçirilən nazirlər iclasında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hərəkata üzv ölkələrin 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya və Paraolimpiya oyunlarının siyasi neytrallıq şəraitində keçiriləcəyini gözlədikləri barədə Bəyannamə qəbul olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir