Almaniya kansleri hesab edir ki, İsveçin NATO-ya daxil olması ilə Türkiyənin Avropa İttifaqına daxil olması məsələsi arasında “heç bir əlaqə yoxdur”.
Azinformasiya.az “Spiegel”ə istinadən xəbər verir ki, bu barədə Kansler Olaf Şolts Avstraliya Baş naziri Antoni Albanese ilə birgə keçirdiyi mətbuat konfransında söyləyib.
Kansler Şolts qeyd edib ki, bu iki məsələ bir-biri ilə əlaqəli deyil. “Ona görə də mən hesab edirəm ki, bunları bir-biri ilə əlaqəli mövzu kimi anlamaq lazım deyil”.
Almaniya Kansleri diqqətə çatdırıb ki, İsveç NATO-ya daxil olmaq üçün bütün tələblərə cavab verir.
“Ümid edirəm ki, biz tezliklə İsveçin NATO-ya üzv olmasına müvəffəq olacağıq”.
Azinformasiya.az