AK Ərdoğanın şərtinə münasibət bildirib: NATO-ya və Aİ-yə üzvlük ayrı-ayrı proseslərdir

Avropa Komissiyası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzvlüyü ilə Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi arasında müqayisəyə münasibət bildirib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat katibinin müavini Dana Spinant bildirib.

Avropa Komissiyasının rəsmisi bu iki prosesin “ayrı” olduğunu və “paralel şəkildə” baş verdiyini söyləyib.

“Avropa İttifaqının çox strukturlaşdırılmış genişlənmə prosesi var, bütün namizəd ölkələr və hətta namizəd ölkələr olmaq istəyənlər tərəfindən atılmalı olan çox aydın addımlar toplusu mövcuddur. Siz bu iki prosesi əlaqələndirə bilməzsiniz. Hər bir namizəd ölkə üçün üzvlük prosesi bu ölkələrin müvəffəqiyyətlərinə əsaslanır. Növbəti addımların ritmi irəliləyiş və hədəflərə və ya qarşıya qoyulan addımlara müvəffəq olmaq üçün namizəd ölkələrin gördüyü işlərlə müəyyən edilir”, – Avropa Komissiyasının mətbuat katibinin müavini diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir