Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Paşinyanın 7-9 iyun tarixlərində Rusiyada səfərdə olacağı və səfər çərçivəsində Soçidə Avrasiya Hökumətlərarası Şurasının, MDB Hökumət Başçıları Şurasının və Avrasiya Konqresinin daimi iclaslarında iştirak edəcəyi məlumatda qeyd olunub.
Azinformasiya.az