Ərdoğan: Türkiyə İsveçin NATO-ya üzvlüyünə müsbət baxa bilməz

İsveç terror qruplaşmalarının Stokholm küçələrində sərbəst gəzməsinə icazə verməyə davam etdikcə, Türkiyə onun NATO-ya üzvlüyünə müsbət baxa bilməz.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN-ə müsahibəsində bildirib.

“Hazırda İsveçlə bağlı hazır deyilik. Çünki bir NATO ölkəsi terrorla mübarizədə güclü mövqe tutmalıdır”, – Ərdoğan vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir