Lavrov: Ceyhun Bayramovla görüş ikitərəfli münasibətlərimizi müzakirə etmək imkanıdır

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş prezidentlərin təmasları ərəfəsində ölkələrin ikitərəfli münasibətlərini müzakirə etmək imkanıdır.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşünün protokol hissəsində söyləyib.

“Növbəti görüşümüzün keçirilməsinə şadıq, nəhayət ki, erməni həmkarımızla keçən ilin sonuna planlaşdırılan üçtərəfli görüşü keçiririk. Moskvada ikitərəfli münasibətlərimizin vəziyyətinə, xüsusən də liderlərimiz arasında yaranan təmasların gözləntisinə baxmaq üçün burada olmanız yaxşı fürsətdir”, deyə Lavrov diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir