Qaxda iki azyaşlı dərmandan zəhərlənib.
Azinformasiya.az xəbər verir ki, mayın 17-i axşam saatlarında rayonun Qum kənd sakini 2020-ci il təvəllüdlü Zaira Məmmədova və Fıstıqlı kənd sakini 2020-ci il təvəllüdlü Melisa Məmmədli zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olublar.
Müayinə zamanı yaxın qohum olan hər iki azyaşlının nəzarətsiz qalaraq sakitləşdirici dərman içərək zəhərlənmələri aşkarlanıb. Zaira Məmmədova və Melisa Məmmədliyə xəstəxanada lazımi tibbi yardım göstərilib. Azyaşlıların vəziyyətləri stabilləşdiyi üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az