Paşinyan Brüsseldə Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanımasını mühüm addım adlandırıb

Brüsseldə Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıması mühüm addımdır.

 

Azinformasiya.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında söyləyib.

Ermənistanın Baş naziri qeyd edib ki, bu, regionda sabitliyin bərqərar olmasına və sülh müqaviləsinin mətnini yekunlaşdırmağa imkan verəcək. Növbəti addım delimitasiya komissiyasının formalaşdırılması üçün əsasların müəyyən edilməsi olmalıdır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir