Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə həyata keçirilən Taxıl Sazişi daha 2 ay uzadıldı.
Azinformasiya.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
“Dünya ərzaq təchizatı və ehtiyacı olan ölkələr üçün böyük əhəmiyyət kəsb edən bu təşəbbüsə nazirliyimizlə sıx əməkdaşlıq edərək töhfə verən və dəstəkləyən BMT rəsmilərinə, Rusiyanın müdafiə naziri Sergey Şoyquya və Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakova təşəkkür edirik”, – Akar vurğulayıb.
Azinformasiya.az