Avropa Parlamentinə seçkilər gələn ilin 6-9 iyun tarixlərində keçiriləcək.
Azinformasiya.az xəbər verir ki, bu barədə İsveçin Aİ Şurasındakı nümayəndəliyi “Twitter“də yazıb.
Seçkilərin Avropa İttifaqının (Aİ) bütün ölkələrində keçiriləcəyi bildirilib.
Qeyd edək ki, 1979-cu ildə keçirilmiş ilk seçkilərdən keçən dövr ərzində növbəti il Avropa Parlamentinə 10-cu seçkilər baş tutacaq və eyni zamanda bu, Böyük Britaniyanın Aİ-ni tərk etməsindən sonra keçiriləcək ilk seçki olacaq.
Azinformasiya.az