İstanbulda FETÖ üzvlərinə qarşı əməliyyat keçirilib, 15 nəfər tutulub

İstanbulda FETÖ terror təşkilatı üzvlərinə qarşı əməliyyat keçirilib.

 

Azinformasiya.az “TRT HABER”ə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi qrupları, FETÖ/PDY terror təşkilatı üzvlərinə qarşı əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Əməliyyat zamanı 19 nəfərin bu şəbəkəyə aid olması müəyyən edilib. Onlardan 15 nəfəri saxlanılıb, birinin saxlanılması istiqamətindən əməliyyatlar davam edir.

Müəyyən edilən şəxslərdən 3-ü ölkə xaricinə qaçıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir