NATO və Azərbaycan arasında enerji təhlükəsizliyi dialoqu keçirilir

Hazırda NATO və Azərbaycan arasında yeni Daimi Nümayəndələrin Müavinləri Komitəsi formatında (DNMK) enerji təhlükəsizliyi dialoqu keçirilir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Cəfər Hüseynzadə “Twitter” də bildirib.

O qeyd edib ki, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov dialoqda iştirak etmək məqsədilə hazırda NATO-nun Baş Qərargahındadır.

Bundan başqa, o qeyd edib ki, Elnur Soltanov DNMK formatı çərçivəsində müttəfiqlərlə, eləcə də NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina, habelə NATO-nun Enerji Təhlükəsizliyi Bölməsinin rəhbəri Maykl Rüle ilə görüşəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir