Emoməli Rəhmon: Ölkələrimiz arasında münasibətlərin inkişafında Heydər Əliyevin böyük rolu olub

Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında Tacikistan Ali Məclisin Nümayəndələr Palatasının Sədri Mahmadtoir Zokirzoda Tacikistan Prezidenti Emoməli Rəhmonın ürək sözlərini çatdırıb.

 

Azinformasiya.az xəbər verir ki, Tacikistan Prezidentinin təbrikində qeyd olunub ki, Heydər Əliyevin şəxsiyyətinə Tacikistanda çox böyük ehtiramla yanaşılır:

“İki ölkə arasında münasibətlərin inkişafında Heydər Əliyevin böyük rolu olub. Bu il Prezident İlham Əliyevin Tacikistana səfəri baş tutub. İki xalq ortaq dostluğa, tarixə, xoş münasibətlərə sadiq olduğunu bir daha göstərdi. İnanıram ki, müştərək səylər nəticəsində Azərbaycan və Tacikistan münasibətləri inkişaf edəcək”.

Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının Sədri Mahmadtoir Zokirzoda öz adından isə bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının dahi oğludur: “Heydər Əliyev və Emoməli Rəhmon iki xalq arasında münasibətlərin inkişafının əsasını qoyub. 1990-cı illərdə hər iki ölkə böyük çətinliklərlə üzləşmişdi. Çox təəssüf ki, Tacikistanda vətəndaş müharibəsi baş vermişdi. Heydər Əliyev və Emoməli Rəhmon ölkələrinin inkişafına müvəffəq olmağı bacarıblar. Əminəm ki, ölkələrimiz arasında münasibətlər gələcəkdə də uğurla inkişaf edəcək”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir