Misir Nümayəndələr Palatasının Sədri: Heydər Əliyev irsi daim yaşayacaq

“Heydər Əliyev ölkəsi üçün böyük nailiyyətlər əldə edib, bu nailiyyətlər Misirdə də yüksək qiymətləndirilir”.

 

Azinformasiya.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Misir Nümayəndələr Palatasının Sədri Hanaf Ali Əl Gebali bildirib.

Hanaf Ali Əl Gebali söyləyib ki, Heydər Əliyevin irsi daim yaşayacaq: “Heydər Əliyevin irsi Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. Azərbaycanın uğurlu iqtisadi inkişafının əsası Heydər Əliyev tərəfindən qoyulub. Misir dost ölkələrə dəstəyini heç vaxt əsirgəmir. Bu yaxınlarda Misir Prezidenti Azərbaycana səfər etdi, bu, Prezident səviyyəsində Azərbaycana ilk səfərdir”.

Hanaf Ali Əl Gebali diqqətə çatdırıb ki, Misir şirkətləri infrastruktur və tikinti sahəsində böyük təcrübəyə malikdir: “Turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi sahəsində də böyük potensial var. Biz xalqlarımız üçün firavanlığa səy göstərərkən Heydər Əliyevin irsini rəhbər tuturuq. Biz ölkələrimiz arasında əməkdaşlığı gücləndirmək əzmində olduğumuzu bir daha bəyan edirik”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir