Məhərrəm İncə Türkiyə prezidentliyinə namizədliyini geri götürüb

Türkiyənin “Məmləkət” partiyasının sədri Məhərrəm İncə prezidentliyə namizədlikdən imtina edib.

 

Azinformasiya.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

İncə qeyd edib ki, ona qarşı qarayaxma kampaniyası başladılıb.

“Namizədliyimi geri götürürəm, bunu ölkəm üçün edirəm”, – o diqqətə çatdırıb.

Qeyd edək ki, Məhərrəm İncəyə aid olması iddia edilən qeyri-etik videolar, həmçinin, 5 milyon dollarlıq birdəfəlik gəlir əldə etməsi haqqında məlumatlar yayılmışdı. Siyasətçi bütün bunların FETÖ tərəfindən provokasiya olduğunu bildirərək, dövləti bu məsələlər ilə bağlı lazımi araşdırmalar aparmağa çağırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir