Kreml: Gürcüstanla viza rejiminin ləğvi ilk növbədə humanitar qərardır

Gürcüstanla viza rejiminin ləğvi ilk növbədə humanitar qərardır.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Gürcüstanla diplomatik münasibətlərin bərpası perspektivləri ilə bağlı sualı cavablandıran Peskov tələsməməyi tövsiyə edib: “Uzağa qaçmağa dəyməz. Bu, ilk növbədə humanitar qərardır”.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin mayın 15-dən etibarən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi ilə bağlı fərman imzalayıb. Fərmanda Rusiya aviaşirkətlərinə Gürcüstana uçuşlara qoyulan qadağa da aradan götürülüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir