Stoltenberq NATO-nun Yaponiyada ofis açmaq planlarını təsdiqləyib

NATO-nun Baş katibi Yens Stoltenberq alyansın Yaponiyada ofis açmaq planlarını təsdiqləyib.

 

Azinformasiya.az xəbər verir ki, Stoltenberq bu barədə bu gün CNN telekanalına müsahibəsində bildirib.

Baş katib bildirib ki, təhlükəsizlik məsələsi qlobal xarakter alıb.

“Bəli, biz Tokioda NATO ofisinin açılmasını Yaponiya hökuməti ilə müzakirə edirik. NATO-nun tərəfdaş ölkələrdə bir neçə ofisi var və Yaponiya alyans üçün çox yaxın və vacib tərəfdaşdır”, – deyə Stoltenberq qeyd edib.

“Avropada baş verənlər Asiya üçün, Asiyada baş verənlər isə Avropa üçün vacibdir. Pekin Ukraynadakı hadisələri diqqətlə izləyir”, – deyə o vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir