Mayın 10-11-də İstanbulda taxıl müqaviləsi üzrə yüksək səviyyəli görüş keçirilməsi planlaşdırılır.
Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin söyləyib.
O, görüşün dördtərəfli formatda keçiriləcəyini bildirib.
“Bizim sabah və o biri gün İstanbulda dördtərəfli formatda yüksək səviyyəli görüşümüz var”, – deyə rusiyalı diplomat diqqətə çatdırıb.
Azinformasiya.az