Çavuşoğlu Baydenə cavab verib: “Türk xalqına tarix dərsi vermək heç kəsin həddinə deyil”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” iddialarına cavab verib.

 

Azinformasiya.az xəbər verir ki, bunu Çavuşoğlu “Twitter” də yazıb.

O, siyasi şarlatanların yenidən səhnəyə çıxdığını bildirib:

“Siyasi bəyanatlarla tarixi yenidən yazmaq olmaz. Türk xalqına tarix dərsi vermək heç kəsin həddinə deyil”, – o vurğulayıb.

Qeyd edək ki, Bayden daha öncə 1915-ci il hadisələrini “soyqırımı” kimi qələmə vermişdi.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir