Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.
Azinformasiya.Az xəbər verir ki, dəvət Azərbaycan Prezidenti İlham Əliyevin martın 1-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə görüşü zamanı edilib.
Azərbaycan Prezidenti dəvəti məmnuniyyətlə qəbul edib.