Əli Əsədovdan QARABAĞ AÇIQLAMASI: “Sona qədər gedəcəyik”

“Bu tribunadan sizə müraciət edərək bildirirəm ki, Azərbaycan heç vaxt bir qarış özgə torpağına iddiası olmayıb. Eləcə də, bir qarış torpağımızın belə işğalı ilə heç vaxt barışmayacağıq. Bu, bizim prinsipial mövqeyimizdir və bu məsələdə biz sona qədər gedəcəyik”.

Azinformasiya.Az xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı deyib.

“Əminəm ki, bugünkü iclasda qəbul olunacaq qərarlar MDB çərçivəsində qarşılıqlı əlaqələrin gücləndirilməsinə və əməkdaşlığımızın səmərəsinin artırılmasına xidmət edəcəkdir”, – Baş Nazir əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir