Azərbaycan Silahlı Qüvvələrinə qarşı kömək umduğu bütün yerlərdən əliboş dönən və Rusiya Prezidenti Vladimir Putinə dəfələrlə etdiyi müraciətləri cavabsız qalan Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə başqa yola əl atıb.
Azinformasiya.Az xəbər verir ki, o, Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan və dövlət və hüquq məsələləri daimi parlament komissiyasının rəhbəri Vladimir Vardanyanı Moskvaya yollayıb.
Erməni rəsmilərin səfərinin məqsədi dəqiq açıqlanmasa da, onların noyabrın 11-dək Moskvada bir neçə görüşdə iştirak edəcəyi bildirilir.
Səfərin məqsədinin Dağlıq Qarabağ münaqişəndə məğlub olan Ermənistana yardım dilənilməsindən başqa bir şey olmadığı aşkardır.