Ermənilərin Qarabağda ŞOK TƏXRİBATI: Rus əsgərlərini öldürək, Azərbaycanı…

Ermənistan silahlı qüvvələri Rusiya bayraqlarını “toxunulmazlıq qalxanı” kimi istifadə edir ki, Azərbaycan Ordusu onları “əzməsin”.

Azinformasiya.Az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Vlad adlı hərbi-analitik Yutub kanalındakı videoda bildirilib.

“Laçının azad edilməsinin praktiki olaraq bir addımlığında olan Azərbaycan Silahlı Qüvvələrinin hücum cəbhəsini dəyişdirməsi çox maraqlı idi. Bir müddət sonra öyrənə bildik ki, həmin cəbhədə ermənilər Azərbaycan üçün “tələ” hazırlayıb. Daha doğrusu, erməni ordusu öz dövlət sərhədinə qədər geri çəkilərək, Azərbaycan Silahlı Qüvvələrini cavab addımlarına təhrik etməyə çalışıb ki, rəsmi İrəvanin əlində Ermənistan ərazisinə Putinin haqqında danışdığı “birbaşa hücumun sübutu” olsun”.

Azərbaycan tərəfi, ermənilərin bu növbəti təxribatına uymamaqla doğru iş gördü.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələri sərhədlərinə çəkilən zaman rus hərbçilərinin xidmət keçdiyi sərhəd zastavasına yaxınlaşırdı. Azərbaycan tərəfinin bir gülləsi belə bu hərbi hissəyə düşsəydi, Paşinyan “Bakı Rusiya bayrağına məhəl qoymur”, “Azərbaycan Silahlı Qüvvələri rus əsgərlərinə atəş açır” və s. deyə çığır-bağır salardı”, – ekspert deyib.

Mütəxəssis başqa bir erməni təxribatının yaranma riskinin olduğunu da vurğulayıb:

“Ermənilər özləri bu rus sərhədçilərini öldürüb, rəsmi Kremlə “Azərbaycan təcavüzü” kimi təqdim edə bilərlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir