Hazırda COVID xəstələri xəstəxanalarda minlərlədi. Amma lap milyonlarla olsa belə, yenə də COVID-dən yayınmaq insanın öz əlindədir. Yenə də mümkündür ki, buna yoluxmayasınız, ya da gec yoluxasınız.
Azinformasiya.Az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.
O, xəstəlikdən qorunma yollarını izah edib: “Yoluxmanı nə qədər gecikdirsəniz, bir o qədər yaxşı olar. Həm siz yoluxana qədər effektiv dərman tapılar, həm də effektiv vaksinasiyaya özünüzü yoluxdurmadan çatdıra bilərsiniz.
Şərtlər sadədi:
Sosial məsafə saxlayın, məncə, bu, ən əsasdır.
Maska taxın.
Əl gigiyenasına əməl edin.
Əli sabunlamadan üzə toxunmayın.
Bunları edə bilsəniz Yer kürəsində hamı yoluxsa da, siz yoluxmayacaqsız”.