Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 186 yeni yoluxma faktı qeydə alınıb, 764 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azinformasiya.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 658 470 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 625 023 nəfər müalicə olunaraq sağalıb, 8 734 nəfər vəfat edib, aktiv xəstə sayı 24 713 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 232, ötən müddət ərzində isə ümumilikdə 6 156 388 test aparılıb.